Günay Əfəndiyeva yazır - Xalqımızın cəsarət və qəhramanlığı


Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva 20 Yanvar faciəsi ilə əlaqədar öz facebook hesabında paylaşım edib.

Turkustan.az millət vəkilinin paylaşımını təqdim edir:

“O gecəni heç vaxt unutmayacayıq.

O gecə yaşadığımız dövlətə inamımız daha da sarsıldı.

O gecə dövlətimizin bizim Vətənimiz olmadığını bir daha anladıq.

O gün – 1990-cı ilin 20 yanvarında Ulu Öndər Heydər Əliyev Vətənə sonsuz sevgisini, xalqa sədaqətini bir daha göstərdi.

35 il əvvəl yaşadığımız faciə, xalqımızın öz müstəqilliyi üğrunda nümayiş etdirdiyi cəsarət və qəhramanlıq təcəssümünə çevrildi.

Və beləliklə, Azərbaycanın tarixində yeni dönəm başladı.

Bunlar heç zaman unudulmayacaq..” , – deyə deputat paylaşımında bildirib.


MANŞET XƏBƏRLƏRİ