Hökumənin atası: "Pullarımı yarım saat bundan qabaq karta yüklədilər"


Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyi (DİN) Milli Qəhrəman Hökumə Əliyevanın atasının bank kartından pul vəsaitini oğurlayan şəxsləri müəyyənləşdirərək, zərərin ödənilməsini təmin edib.

Bununla bağlı Milli Qəhrəmanın atası Cəlil Əliyev Teleqraf.com-a açıqlama verərək, Prezident İlham Əliyevə və Daxili İşlər Nazirliyinə təşəkkür edib.

"Yarım saat olar ki, məbləğ kartıma köçürülüb Bizə bu əməli edənlərin tutulduğu deyilib. Bir daha minnətdaram. Hazırda yaxınlarım məni Tərtər rayonuna aparır. Sakitliyə ehtiyacım var",- deyə o vurğulayıb.

Qeyd edək ki, Cəlil Əliyevin bank hesabından 80 min 507 manat dələduzlar tərəfindən oğurlanmışdı.


MANŞET XƏBƏRLƏRİ