“Ermənistanın ABŞ-la imzaladığı sənəd “strateji müttəfiqlik” yox, “strateji tərəfdaşlıq” haqqındadır”.
Turkustan.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli qeyd edib.
Onun sözlərinə görə, iki anlayış arasında prinsipial fərq var:
“Ermənistan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasında hərbi yardım barədə müddəa, öhdəlik yoxdur.
Azərbaycanın Türkiyə ilə 2010-cu ildə imzaladığı müqavilədə (Şuşa Bəyannaməsi bu müqavilənin yenilənmiş versiyasıdır) və 2022-ci ildə Rusiya ilə imzaladığı müttəfiqlik bəyannaməsində isə belə bir müddəa qeyd olunur.
Türkiyə ilə imzalanmış sənədlərdə bu məsələ konkret (tərəflər hücuma məruz qaldıqda bir-birinə yardım göstərəcəklər), Rusiya ilə Bəyannamədə isə bir az qeyri-müəyyən ifadə olunub. (Tərəflər hərbi yardımın göstərilməsi imkanını nəzərdən keçirə bilər).
Ermənistan və ABŞ arasında imzalanmış sənəd, əlbəttə ki, əhəmiyyətlidir, amma çox şişirtmək də lazım deyil”./Globalinfo.az