Böyük Britaniyada brokoli və gül kələmi kimi əsas tərəvəzlərin bu mövsüm qıtlığı gözlənilir.
Turkustan.az xəbər verir ki, fermerlər iqlim dəyişikliyinin məhsul istehsalına ciddi təsir göstərdiyini bildirirlər.
Payız və qışda müşahidə olunan mülayim temperatur məhsulların vaxtından əvvəl yetişməsinə səbəb olub. Bununla da, adətən yaz mövsümündə yığılan məhsulların sayı azalıb.
Eyni zamanda, qitədən tərəvəz idxal etmək də çətinləşib. Əsas istehsal bölgələrində baş verən daşqınlar fermerlərin vaxtında əkin etməsinə mane olub və bu, yaz məhsulu üçün ciddi problemlər yaradıb. Bu vəziyyət Böyük Britaniyada apreldən iyun ayının əvvəlinə qədər ölkədə az məhsulun toplandığı müddətin uzanmasına səbəb olacaq. /publika.az/