Moskva ilə Bakı istənilən məsələni, AZAL-ın təyyarə qəzası ilə bağlı yaranmış problemi həll edə bilər”.
Turkustan.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
XİN başçısı təyyarə qəzasının səbəbləri ilə bağlı isteriya yaratmamaq və “qara qutu” məlumatlarının təsdiqlənmədən yayılmaması barədə çağırış edib:
“Qara qutu”ların məzmunu ilə bağlı artıq çox sayda məlumatlar təqdim edilib. Burada bir daha əmin oluruq ki, biz tam hüquqlu araşdırmanın nəticəsini gözləməli və həqiqətə uyğun gəlməyən məlumatları mətbuatda yayaraq vəziyyəti gərginləşdirməməliyik. “Qara qutu”lardan gələn xəbərlər təsdiqlənir”. /globalinfo.az/