“Əliyevin Zəngəzur dəhlizinin açılması ilə bağlı bəyanatlarından sonra Ermənistan baş naziri “Sülh qovşağı” layihəsi barədə danışa bilər, lakin sonradan deyəcək ki, “biz müharibə istəmirik və güzəştə getməliyik”.
Turkustan.az xəbər verir ki, bunu Ermənistanın Alternativ Layihələr Qrupunun həmtəsisçisi Vahe Ovannisyan deyib.
Onun sözlərinə görə, 10 Noyabr bəyanatı sözügedən dəhlizi sadə yola çevirirdi, amma Ermənistan bundan imtina edib.
Ovannisyan deyib ki, Azərbaycan gələcəkdə Ermənistanla danışıqlardan imtina edib, prosesi Rusiya, Türkiyə, İran və Avropa Birliyi ilə apara bilər:
“Qoy heç kim düşünməsin ki, Azərbaycan Ermənistana hücum etsə, Qərb sərt reaksiya verəcək. Əgər biz bu prosesi dayandırmasaq, fəlakət olacaq. Ermənistan hökuməti hər şeyi edir ki, ölkə təklənsin”./Globalinfo.az