“Təyyarəni Qroznı aeroportuna icazəsiz endirə bilərdilər” – Son anda nə baş verib?


Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycana məxsus təyyarənin qəzaya uğraması ilə bağlı yeni detallar üzə çıxır. Qəza zamanı göyərtədə olan və xəsarət alan sərnişin Nurullah Siracov Report-a müsahibəsində təyyarənin Qroznı aeroportuna enişə lap az qalmış yenidən havaya qalxdığını deyib.

İlkin dəyərləndirmələrə görə, burada iki ehtimal var: pilot təyyarənin vurulması səbəbindən onu yerə endirə bilməyəcəyini anlayıb, ya da hava limanı enişə imkan verməyib.

Bu cür vəziyyətlərdə, yəni aeroport hava gəmisinin enişinə son anda imkan vermədikdə, pilotlar o an insiyativ alıb, eniş edə bilərlərmi?

Globalinfo.az-a danışan Azərbaycan aviasiyasının əfsanəvi pilotu, “Şöhrət” ordenli Əzimbala Əzimov pilotun xəbərdarlıqsız eniş etməyə icazəsi olduğunu vurğulayıb.

Азимбала Азимов: Если вернуть назад прожитые годы, я снова стал бы пилотом – ФОТО - Oxu.az

Əzimbala Əzimov

O, doğru cavabın “qara qutu” oxunduqdan sonra üzə çıxacağını deyib:

“Aktau başqa bir ölkənin şəhəridir. Əslində, icazə alınır, razılıq verilir və s. Hər halda bir dispetçer, digər ölkənin dispetçerinə məlumat verməlidir. Lakin pilot görsə ki, təyyarə qəzaya uğramaq üzrədir, xəbərdarlıqsız gedib yaxında olan aeroporta eniş edə bilər. İstənilən boş zolağa oturmaq olar, heç kim də buna görə pilota heç nə deməz. Çünki göyərtədə nə qədər adam olur və sən onların sağ qalmasını istəyirsən. Ona görə də təyyarəni icazəsiz endirmək mümkündür”.


MANŞET XƏBƏRLƏRİ