Azərbaycanda valideyn uşağına 3 ad qoymaq İSTƏDİ - "Zeynəb Fatimə Məryəm"


Yeni doğulan uşaqlara eyni adların təkrar-təkrar verilməsinin qarşısı alınmalıdır.

Turkustan.az Modern.az-a istinadən xəbər verir ki, bunu Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

O bildirib ki, Azərbaycan dilində izahlı lüğətlər hazırlanıb: "Bu lüğətlərdə 12-13 minə qədər ad öz əksini tapıb. Bir məktəbdə, sinifdə Əli, yaxud Fatimə adının 15-20 nəfərdə olması yaxşı hal deyil".

Sayalı Sadıqova uşaqlara mürəkkəb adların verilməsini də yaxşı hal hesab etmir:

"Məsələn, uşağa Zeynəb, Fatimə, Məryəm adlarının birlikdə verilməsi ilə bağlı müraciət edilmişdi. Bu adların ancaq birinin yazılması tövsiyə edilib".


MANŞET XƏBƏRLƏRİ