Uğur Əngəl Tanımır: Gənclərin İstedadına Dəstək Layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “İdeyanı Reallaşdır” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsi çərçivəsində Bakı şəhərində "Uğur əngəl tanımır-3" adlı layihə uğurla baş tutdu.
Layihənin rəhbəri Kərimova Nərmin, fiziki məhdudiyyətli gənclərlə yenidən bir araya gələrək onların istedad və bacarıqlarını nümayiş etdirmələri üçün şərait yaratdı. Tədbirdə fiziki məhdudiyyətli yeniyetmələr valideynləri ilə birlikdə iştirak edərək öz bacarıqlarını müxtəlif yarışlar və fəaliyyətlər vasitəsilə təqdim etdilər.
İki gün davam edən tədbir iştirakçılar üçün həm əyləncəli, həm də motivasiyaedici bir mühit yaratdı. Bu tədbir onların həm özünəinamını artırdı, həm də cəmiyyətin müxtəlifliyə və inklüzivliyə daha çox dəyər verməsinə təkan verdi.
Kərimova Nərminə və bu təşəbbüsü dəstəkləyən hər kəsə minnətdarlığımızı bildirir və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq. Bu kimi layihələr göstərir ki, əngəllər heç bir zaman istedad və iradənin qarşısını ala bilməz!