Ölkənin tanınmış qadınları aldıqları pensiya ilə dolana bilirlərmi?


Xəbər verdiyimiz kimi, bu il qadınların pensiya yaşı artırılır. İyul ayından Azərbaycanda qadınlar üzrə pensiya yaşı artıq 64 olacaq. 2027-ci ildə isə xanımlar kişilərlə eyni, yəni 65 yaşda pensiyaya çıxacaqlar.

Tanınmış simalar qadınların pensiya yaşının artması ilə bağlı söhbətlərə necə yanaşırlar?

Globalinfo.az-a danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu bu qərarı dəstəklədiyini bildirib.

O, xanımların əksəriyyətinin 65 yaşdan sonra da çalışmaq istədiklərini vurğulayıb:

“Mən pensiya yaşının artırılmasına yaxşı baxıram. Bilirsiniz, bizə nə qədər qadın müraciət edir? Narazılıq edirlər ki, onları vaxtsız pensiyaya göndərirlər. Əsasən də müəllim və həkimlərdir təqaüdə çıxmaq istəməyənlər. Kim istəyər, işə davam edər, istəməyən də çıxar”.

BDU-nun dosenti Nüşabə Sadıqlı isə qadınların pensiya yaşının artırılmasını doğru hesab etmədiyini qeyd edib:

“Bu, doğru qərar deyil. Çünki bir çoxlarını 60 yaşdan, bəzən isə daha tez işdən azad edirlər. Deyirlər ki, artıq sən yararsızsan, cavan və enerjili insanlar lazımdır. Bəs xanım əgər işdən çıxıbsa, pensiya da almırsa nə ilə dolanmalıdır?! Nəzərə alaq ki, həyat yoldaşı erkən vəfat edən, ayrılan nə qədər qadınlarımız var. Bu adamların da problemi, xəstəliyi, dolanışıqları var axı… Ona görə də pensiya yaşının artırılmasını dəstəkləmirəm. Məni təəccübləndirən odur ki, dünyada təqaüd yaşı azaldılır, bizdə artırılır. Bu nə ilə bağlıdır? Analoqu olmayan zəngin bir dövlətdə təqaüd yaşının artırılmasının səbəbi nədir, anlaya bilmirəm”.


MANŞET XƏBƏRLƏRİ