Bu pul kart balansından çıxılacaq: "BakıKart" biletləri ilə bağlı açıqlama


Bilet yaradıldığı andan etibarən 1dəqiqə ərzində istifadə edilə bilər. İstifadə edilməyən biletlərə görə ödənilən məbləğ 3-30 günərzində müştərinin hesabına geri qaytarılır. “Kapital Bank” “BakıKart” ödənişləri zamanı istifadə edilən biletlərə görə geri qaytarılan məbləğlərlə bağlı məsələyə aydınlıq gətirib.

Turkustan.az xəbər verir ki, noyabr ayında isə texniki xəta səbəbindən müştərilərin "BakıKart" QR biletləri üzrə istifadə etmədikləri biletlərlə yanaşı, istifadə etdikləri biletlərin ödənişləri də onların hesablarına geri qaytarılıb.

Bu səbəbdən də bank tərəfindən müştərilərə bildiriş göndərilərək məlumat verilib ki, istifadə edilən biletlərə görə 29 noyabr-4 dekabr tarixləri aralığında onların hesablarına qaytarılan vəsait 10 yanvar tarixinədək müvafiq kart balansından çıxılacaq.

Bu mövzuda sualları olan müştərilər Birbank mobil tətbiqində 29 noyabr-4 dekabr tarixlərini əhatə edən əməliyyat tarixçələrinə baxaraq hesablarını yoxlaya və ya 196 Sorğu mərkəzi ilə əlaqə saxlaya bilərlər.


MANŞET XƏBƏRLƏRİ