Şəhid olmağı fəxr bilən və şəhidliyə yüksələn igidimiz


Gədəbəyin Novoivanovka kəndində doğulur...

2019-cu ildə hərbi xidmətə çağırılır...

Cəldliyi və cəsarəti ilə digər əsgər yoldaşlarından seçildiyinə görə təyinatla XTQ-nin hərbi hissəsinə göndərilir...

Xidməti başa vurduqdan sonra müddətdən artıq hərbi qulluqçu kimi XTQ sıralarında xidmət edir...

Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılan, Kəlbəcər, Cəbrayıl və Füzuli rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə xüsusi mərdlik və şücaət göstərən, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanmasında fərqlənən, Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhidlik mərtəbəsinə yüksələn XTQ-nin igid əsgəri Bayram Qasımov!

Açıklama yok.

İgidimiz vətənə xidmətinə görə "Azərbaycan bayrağı" ordeni, "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları, həmçinin, "Cəsur döyüşçü", "Vətən uğrunda" və "Şücaətə görə" medalları ilə təltif edilib.

Yaxinları deyir ki, "Bayram kənddə, öz yaşıdları arasında vətənpərvərliyi, hərbə olan marağı, cəsurçuğu ilə seçilirdi. Şəhidliyə yüksəlməyi özünə fəxr bilirdi. Arzusuna da çatdı. Şirin canını canından çox sevdiyi Vətənə fəda etdi".

Açıklama yok.

19 illik ömrünə bu qədər igidliyi, cəsarəti, vətən sevgisini necə sığdıra bilmisən şəhidim?! Kiçik ürəyində bu qədər vətən eşqi hardandır, bilmirəm... Amma ona əminəm ki, səni çox sevdiyin bu vətənin övladları heç zaman unutmayacaq! Hər zaman sevgi ilə, qürurla, hörmətlə xatlrlanacaqsan!

Allah sənə rəhmət eləsin, şəhidim! Məkanın cənnət, əziz ruhun şad olsun!

Səni unutmarıq... Unutdurmarıq!

Sevinc Bəhmənli

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ