Ermənistan Silahlı Qüvvələri Naxçıvan istiqamətində bunker və beton tipli hücum xarakterli istehkamlar inşa edir.
Turkustan.az xəbər verir ki, bu barədə informasiyanı "GSSR44" Telegram kanalı yayıb.
Kanal sübut kimi ərazidə çəkilən fotoları da paylaşıb. Fotolardan aydın görünür ki, ermənilər çoxməqsədli istehkamların ikisinə yeni təminat yolu çəkib.
Bir-biri ilə əlaqəsi olan bu istehkamlar Naxçıvanın bir neçə kilometrliyində yerləşir.
Xatırladaq ki, Ermənistan şərti sərhədin digər istiqamətlərində də mühəndis istehkam işləri aparıb.
Bizim.Media