Şok gəlişmə: İran "Zəngəzur dəhlizi"ni müzakirə üçün Türkiyəyə nümayəndə göndərir


Zəngəzur dəhlizi ilə bağlı danışıqlar aparmaq üçün tezliklə İran nümayəndə heyəti Türkiyəyə səfər edəcək.

Turkustan.az APA-ya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bugünkü mətbuat konfransında deyib.

Diplomat bildirib ki, Zəngəzur dəhlizi heç də siyasi məsələ deyil, bu, iki ölkə arasında çox spesifik tarixə malik texniki məsələdir:

"İranın mövqeyi sabitdir. Biz nəqliyyat sahəsində əməkdaşlığın genişlənməsini alqışlamaqla yanaşı, ölkələrin suveren hüquqlarına hörmət edilməli olduğunu vurğulayırıq.

Yəqin ki, yaxın vaxtlarda bizdən müvafiq qurumların iştirakı ilə bir nümayəndə heyəti məsələni yaxından müzakirə etmək üçün Türkiyəyə səfər edəcək. Ümid edirik ki, məsələ tezliklə həllini tapacaq".


MANŞET XƏBƏRLƏRİ