ABŞ İrəvan və Bakı ilə tərəqqi təmin edə biləcək istənilən formatda işləməyə hazırdır.
Turkustan.az xəbər verir ki, bu barədə “Amerikanın səsi”nə ABŞ Dövlət Departamentindən bildirilib.
“Birləşmiş Ştatlar hökuməti Cənubi Qafqazın təhlükəsiz və firavan olması üçün vacib olan uzunmüddətli və ləyaqətli sülh sazişinin əldə edilməsi istiqamətində Ermənistan və Azərbaycanın səylərini dəstəkləyir. Biz tərəflərin razılıq əldə etməsi üçün hər iki tərəflə istənilən formatda işləməyə hazırıq”, - açıqlamada qeyd edilib./axar.az