İran “sərhəd aktivliyinə” hazırlaşır – Bakıya “hücumun” gerçək səbəbi


“Ərdəbildə Azərbaycana və Prezident İlham Əliyevə qarşı məlum çağırışlar Yaxın Şərqdə məğlub olan İranın həm daxili auditoriyanı, həm də ölməkdə olan “müqavimət oxu”nu fərqli hədəfə yönəltmək məqsədi daşıyır”.

Turkustan.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı qeyd edib.

O bildirib ki, İran yaxın vaxtlarda yenidən uydurma “İsrail kartı”nı ortaya ata bilər:

“Məzhəb millətçiliyinə əsaslanan təhlükəli çağırışlar İranın hansı oyunu oynamağa cəhd etdiyini anlamağa imkan verir. Aydındır ki, İranın Arazın sahilində “sionist axtarışı” yenidən aktuallaşacaq. Bizim üçün əsas məsələ böyük ölçüdə neytrallaşdırılan İrana bağlı şəbəkənin fəaliyyət qabiliyyətinin nə qədər qalmasıdır”./globalinfo.az


MANŞET XƏBƏRLƏRİ