31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günüdür.
35 il əvvəl 1989-cu ildə saat 12.00-da Naxçıvanda İranla sərhəddəki tikanlı məftillər söküldü.
Turkustan.az xəbər verir ki, bu hadisə tarixə Sərhəd Hərəkatı kimi düşdü.
Hərəkat 12 dekabrda başlamışdı. 21 Azər günü ( 12 dekabr) Pişəvəri inqilabının 1946-cı ildə süquta uğradığı gün kimi tarixə düşüb.
Azərbaycan Xalq Cəbhəsinin Naxçıvan şöbəsi bununla Pişəvəri hərəkatının qaldığı yerdən davam edəcəyi mesajını vermək istəyirdi.
AXC-nin 1989-cu ilin noyabrında keçirilən Məclisi xalqın iradəsini bir daha ifadə edərək Cənubi və Şimali Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohumluq əlaqələrini bərpa etmək məqsədilə sərhəd çəpərlərinin götürülməsi və mühəndis-texniki qurğuların sökülməsi haqqında qərar qəbul etdi.
Daha sonra Heydər Əliyevin rəhbərliyində Naxçıvan Muxtar Respublikası Ali Məclisində verilirdi. Ali Məclisin sədri Heydər Əliyevin imzaladığı 5 maddəlik bu tarixi qərarın 1-ci və 2-ci maddələrində deyilirdi:
1. 31 dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü elan olunsun və hər il bayram edilsin. Həmin gün Naxçıvan Muxtar Respublikası ərazisində iş günü hesab edilməsin.
2. 31 dekabrın Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü kimi Azərbaycan Respublikasında rəsmi qeyd edilməsi üçün qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Ali Sovetinə təklif verilsin. Bayramın ilk dəfə dövlət səviyyəsində rəsmən qeyd olunması isə 1992-ci ildə Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin göstərişi ilə baş tutub.
O vaxtdan 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü olaraq bayram edilir. /Cebheinfo.az/