“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) balansında olan hava nəqliyyatı vasitələri satışa çıxarılır.
Turkustan.az bildirir ki, Trend-in İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən əldə etdiyi məlumata görə, siyahıda 4 ədəd müxtəlif hava gəmisi yer alıb.
Belə ki, onlardan biri buraxılış ili 2004-cü il olan “SUPER PUMA AS 332 L” hava gəmisi, buraxılış ili 2005-ci il olan iki ədəd “EUROCOPTER EC155 B1” və buraxılış ili 1992-ci il olan “Mİ-8 MTV-1” hava nəqliyyat vasitəsidir.
Hərraca çıxarılacaq helikopterlərin start qiymətinə gəlincə, “EUROCOPTER EC155 B” 1 239 000 manata, iki ədəd “EUROCOPTER EC155 B1″dən birincisi 644 000 manata, digəri 508 000 manata,
“Mİ-8 MTV-1” tipli hava gəmisi isə 600 000 min manata iştirakçılara təklif olunur.
Məlumata görə, hərrac 30 yanvar 2025-ci il tarixində, Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında 2-ci mərtəbədə keçiriləcək.
Ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20
S/N | Balanssaxlayıcı müəssisənin adı | Hava gəmisinin tipi | Buraxılış ili | Dövlət qeydiyyat nişanı | Start qiyməti (manatla) | 10% beh (manatla) |
1 | “Azərbaycan Hava Yolları” QSC | “SUPER PUMA AS 332 L1” | 2004 | 4K-AZ24 | 1239000 | 123900 |
2 | “Azərbaycan Hava Yolları” QSC | “EUROCOPTER EC155 B1” | 2005 | 4K-AZ46 | 644000 | 64400 |
3 | “Azərbaycan Hava Yolları” QSC | “EUROCOPTER EC155 B1” | 2005 | 4K-AZ47 | 508000 | 50800 |
4 | “Azərbaycan Hava Yolları” QSC | “Mİ-8 MTV-1” | 1992 | 4K-27036 | 600000 | 60000 |