Koçaryan və Sarkisyan Ohanyan postunda ordumuzu izlədi - FOTOLAR


Ermənistan parlamentinin revanşist deputatları – “Ermənistan” fraksiyasının üzvləri Zəngəzurda hərbi postlara baş çəkib.

Turkustan.az
Ermənistan mediasına istinadən xəbər verir ki, fraksiyanın deputatları - Levon Koçaryan (keçmiş prezidenti Robet Koçaryanın oğlu), Artur Sarkisyan və Avqan Vardanyan Azərbaycanla sərhəddə erməni hərbçilərlə görüşüb.

Fraksiyanın digər deputatları Mher Melkonyan və Qarnik Danielyan isə Tavuş istiqamətində döyüş postlarına gəliblər.

Deputat Melkonyan bildirib ki, döyüş postlarından birinə Qarabağ müharibəsində ölən erməni hərbçi Armen Ohanyanın adı verilib. Erməni deputatlar Ohanyan postu adlanan mövqedə Azərbaycan ordusunun mövqelərini izləyib. Revanşist deputatların sərhədimizə gəlişi ermənilərin Azərbaycana qarşı təxribat planlarının daim aktual olduğunu göstərir.

Maraqlıdır ki, ermənilər işğal dövründə Qarabağda Ohanyan səddini keçilməz qala hesab edirdilər, lakin ordumuz 44 gün ərzində bütün sədləri və maneələri darmadağın edərək, torpaqlarımızı azad etdi. İndi Azərbaycanla sərhəddə döyüş postlarından birinə Ohanyan adının verilməsi ermənilərin nostalgiya yaşadığını göstərir. /publika.az/


MANŞET XƏBƏRLƏRİ