Putin üzr istədi, proses başladı: Moskvadan iki məsələyə cavab gözlənilir


Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Putin Azərbaycan Prezidentinə AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğramasına görə başsağlığı verib. O, həmçinin qəzanın Rusiya ərazisində baş verməsinə görə üzr istəyib.

Daha sonra Kreml hadisə ilə bağlı bu ölkədə cinayət işinin açıldığına dair məlumat yayıb. İstintaqın Hava nəqliyyatının hərəkəti və istismarı qaydalarının pozulması maddəsinə istinadən aparılacağı bildirilib.

Rusiya liderinin üzr istəməsi və qəza səbəbinin kənar müdaxilə olduğunu etiraf etməsi ictimaiyyətdə müsbət dəyərləndirilib. Hazırda ən çox diqqətdə saxlanılan məsələ Azərbaycan təyyarəsinin vurulmasında günahkar olanların müəyyənləşməsi və cəzalandırılmasıdır. Lakin dəymiş ziyana görə Moskvanın kompensasiya ödəməsi məsələsinə tam olaraq aydınlıq gətirilməyib.

Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki,”Embraer-190″ təyyarəsinin vurulması hazırda bütün dünyada müzakirə olunan mövzudur:

“Post-Sovet məkanında, Qafqaz coğrafiyasında, eləcə də geniş arealda, yəni bütün dünyada bu məsələ diqqət mərkəzindədir. Ciddi mülahizələr və təhlillər təqdim edilir. Artıq Rusiya Prezidenti Vladimir Putin artıq məsələ ilə bağlı üzr bəyanatı verib. Ayrı-ayrı dövlətlər və təşkilatlar istintaqın işinə cəlb olunub. Bu məsələ xüsusi həssaslıq və əhəmiyyətə malikdir. Kompensasiya tələbi irəli sürülməli, Rusiya da bunu icra etməlidir”.

unnamed file
İlyas Hüseynov

Polioloqun sözlərinə görə, təyyarə qəzasının səbəbləri ilə bağlı müxtəlif versiyalar mövcuddur:

“Dəqiq informasiya isə aparılan istintaqın nəticələrinə uyğun veriləcək. Bundan sonra Azərbaycanın haqlı tələbləri qarşılığını tapacaq. Rəsmi üzrün ardınca kompensasiya da mütləq şəkildə təmin olunmalıdır”.


MANŞET XƏBƏRLƏRİ