Rusiya, Azərbaycan və təyyarə istehsalçısı Braziliyadan olan mütəxəssislər Aktau yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus təyyarənin qara qutularının deşifrə edilməsində Qazaxıstana kömək edəcəklər.
Turkustan.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bununla bağlı Rusiya Prezidenti Vladimir Putin və Qazaxıstan lideri Qasım-Jomart Tokayev razılığa gəliblər.
Baş verənlərin bütün təfərrüatlarını araşdıran Qazaxıstan hökumət komissiyası qəza yerində tapılan "qara qutu"ların deşifrəsinə Rusiya, Azərbaycan və Braziliyadan olan mütəxəssisləri cəlb edəcək.
Tərəflər Qazaxıstan ərazisində aparılan bu işin obyektiv və şəffaf olacağına ümidvar olduqlarını bildiriblər./publika.az