Türkiyə Bakıya istintaq qrupu göndərir – Qəzanı araşdıracaqlar


“Azərbaycan Hava Yolları” QSC-yə məxsus AZAL sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması ilə bağlı Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin müraciəti əsasında qəzanın səbəblərini araşdırmaq, texniki və əməliyyat təhlillərini aparmaq və lazım olan köməyi təmin etmək üçün 8 nəfərdən ibarət istintaq komissiyası təyin edilib”.

Turkustan.az xəbər verir ki, bunu Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu sosial şəbəkə hesabında yazıb.

Nazir bildirib ki, nümayəndə heyəti bu gün axşam saatlarında Bakıya yola düşəcək:

“Sabahdan etibarən öz təcrübə sahələrinə uyğun olaraq insidentin bütün aspektlərini araşdırmaq üçün Azərbaycan Hakimiyyət orqanları ilə koordinasiyada işləyəcək.

Türkiyə olaraq hər şəraitdə Azərbaycanın yanında olduğumuzu bildirir, həyatını itirənlərə Allahdan rəhmət, azərbaycanlı qardaşlarımıza şəfa arzulayırıq”.


MANŞET XƏBƏRLƏRİ