Ukrayna xarici işlər naziri Andrey Sibiqa AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar "X" hesabında paylaşım edib.
Turkustan.az xəbər verir ki, paylaşımda bunun dəhşətli faciə olduğunu vurğulayan XİN rəhbəri Azərbaycana başsağlığı verib və hadisəyə görə Rusiyanı günahlandırıb.
"Rusiya mətbuatının qəzanın səbəbi ilə bağlı yalan məlumat verməsi və Rusiyanın zədələnmiş təyyarəni, çox güman ki, cinayətlərinin sübutunu gizlətmək məqsədilə dənizin üstündən uçmağa məcbur etməsi diqqət çəkir", - deyə Andrey Sibiqa paylaşımda qeyd edib./teleqraf.com