Ötən gün Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan sərnişin və ekipaj üzvlərinin xatirəsi Heydər Əliyev adına Beynəlxalq Hava Limanında anılır.
Turkustan.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı Bakı aeroportunda, Terminal 2-nin cənub girişində xatirə stendi quraşdırılıb.
Stendə gül dəstələri düzən ziyarətçilər qəzada faciəvi şəkildə həyatlarını itirən insanların ruhlarına dualar oxuyur, xatirələrini yad edirlər.