Təyyarə qəzasından əvvəl türk astroloqdan şok paylaşım – FOTO


“Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından sonra türkiyəli məşhur astroloq Ayşən Tokun 13 gün əvvəlki proqnozu gündəmə gəlib.

Turkustan.az xəbər verir ki, astroloq dekabrın 12-də “X” hesabında paylaşım edərək, Azərbaycanda bir hadisə baş verəcəyini deyib.

“Azərbaycanda bir şey olacaq. Ya da Rusiyada. Çünki ulduz şimala doğru istiqamət dəyişdirdi”, – paylaşımda bildirilib.

Qeyd edək ki, Bakıdan Qroznıya uçan təyyarənin Aktauda qəzaya uğraması nəticəsində 67 nəfərdən 38-i həlak olub. Onlardan 25-i azərbaycanlıdır.

WhatsApp Image 2024 12 26 at 13.57.24
Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ