Həlak olanların içində o da var - FOTO


Xəbər verdiyimiz kimi, dünən ki, təyyarə qəzasında həlak olan 7 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.

Bakupost.az xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Həlak olanlar arasında ekipaj üzvləri - pilotlar İqor Kşnyakin və Aleksandr Kalyaninov, həmçinin stüardessa Hökümə Əliyeva da var.

Stüard Zülfüqar Əsadov və stüardessa Aydan Rəhimli isə qəzadan sağ çıxıb.

Qeyd edək ki, Hökümə Əliyeva əslən Kəlbəcər rayonundan olan Gəncə sakinidir. O, BDU-da hüquq üzrə magistratura pilləsini bitirib.


MANŞET XƏBƏRLƏRİ