Bu istiqamət üzrə uçuşlar dayandırıldı.
Turkustan.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC mətbuat xidmətindən bilddirilib ki, Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzasının təhqiqatı başa çatana qədər Bakıdan Qroznı və Mahaçqalaya uçuşları dayandırıb.
Aviaşirkət aydınlaşdırıb ki, digər istiqamətlərə uçuşlar müntəzəm qrafikə uyğun həyata keçirilir.
Aytən Yaşar/ Turkustan.az