“Pilotlar təyyarənin enişini böyük yuvarlanma və sürüşmə edərək riyazi model üzrə həyata keçiriblər”.
Turkustan.az xəbər verir ki, bunu rusiyalı uçuş təhlükəsizliyi üzrə mütəxəssis Aleksandr Romanov deyib.
Ekspert “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Aktau yaxınlığında ağır qəzaya uğramasına rəğmən 32 nəfərin necə sağ qaldığına dair sualı cavablandırıb.
“Təhlükəli eniş xüsusi riyazi modelə uyğun edilib. Nəticədə təyyarənin ön hissəsi yerə çırpıldığı an arxa hissə qopub və başqa tərəfə düşüb. Beləliklə göyərtənin quyruq hissəsinə yaxın yerləşən sərnişinlər sağ qalıblar. Ümumiyyətlə, dünya statistikası da bunu sübut edir. Adətən arxada əyləşənlər sağ qalırlar”, – mütəxəssis bildirib.
Qeyd edək ki, “Embraer 190” təyyarəsinin qəzaya uğraması nəticəsində göyərtədə olan 67 nəfərdən 32-si sağ qalıb./Globalinfo.az