Təyyarə qəzaya belə uğrayıb: Enişinə hazırlıq görülübmüş, amma... - DETALLAR


Aktau hava limanında “Embraer E190AR” təyyarəsinin təcili enişi üçün uçuş-enmə zolağı hazırlanıb, lakin təyyarə ora çatmayıb.

Turkustan.az xəbər verir ki, bu barədə “Lenta.ru”ya hava limanındakı mənbə bildirib.

“Nəzəri olaraq, təyyarə Aktau hava limanında təcili eniş etməli idi. Biz hətta bu iş üçün uçuş-enmə zolağı da hazırladıq, lakin təyyarə ora çatmadı”, - “Lenta.ru”nun həmsöhbəti bildirib.

Xatırladaq ki, Azərbaycandan Rusiyaya uçan təyyarə Aktau yaxınlığında qəzaya uğrayıb.

Ümumilikdə təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub./publika.az


MANŞET XƏBƏRLƏRİ