AZAL təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı Rusiya Federal Hava Nəqliyyatı Agentliyi Rosaviasiya rəsmi məlumat yayıb.
Turkustan.az xəbər verir ki, məlumatda bildirilir:
“Bu gün Moskva vaxtı ilə saat 09:30 radələrində Xəzər dənizinin şərq sahili ərazisində Qazaxıstanın Aktau hava limanına eniş edərkən Azərbaycanın AZAL aviaşirkətinə məxsus “Embraer 190” təyyarəsi yerə çırpılıb. Təyyarə Bakıdan Qroznıya reys həyata keçirib.
İlkin versiya ondan ibarətdir ki, quş sürüsü ilə toqquşmadan sonra, təyyarənin göyərtəsində fövqəladə vəziyyətə görə, nəqliyyat gəmisinin kapitanı alternativ aerodroma "getmək" qərarına gəlib. Alternativ aerodrom Aktau seçilib.
Axtarış-xilasetmə işlərini Qazaxıstan Respublikasının əməliyyat xidmətləri həyata keçirir.
Rosaviasiya AZAL, Azərbaycan və Qazaxıstanın aviasiya hakimiyyətləri ilə əlaqə saxlayır”./APA