“Rusiyanın Qazaxıstandakı Səfirliyi Aktauda baş vermiş təyyarə qəzası ilə bağlı respublikanın hakimiyyət orqanları ilə əlaqə saxlayır”.
Turkustan.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici işlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, qəzada həlak olanların yaxınları Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin “qaynar xətti” ilə əlaqə saxlaya bilərlər.
Qeyd edək ki, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
AZAL-dan bildirilib ki, təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
"Sərnişinlər arasında uşaqlar olmayıb, zərərçəkənlər barədə məlumat tezliklə təqdim ediləcək. Məlumata görə, sağ qalanlar var, onlara ilkin tibbi yardım göstərilir. Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir", - açıqlamada qeyd olunub. /modern.az