Mehriban Əliyevadan təyyarə qəzası ilə bağlı PAYLAŞIM – FOTO


Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan Hava Yollarının (AZAL) təyyarəsinin qəzaya uğraması zamanı həyatını itirənlərin yaxınlarına başsağlığı verib.

Turkustan.az xəbər verir ki, Mehriban Əliyeva bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Aktau yaxınlığında təyyarə qəzası nəticəsində insanların faciəli şəkildə həlak olması xəbəri məni dərindən sarsıtdı. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara güc və səbir diləyirəm. Yaralananların tezliklə şəfa tapmasını arzulayıram. Uca Allah xalqımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!”, - deyə paylaşımda bildirim.

Qeyd edək ki, Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub. KİV-in məlumatına görə, qəzaya uğrayan təyyarənin göyərtəsində 67 sərnişin və 5 ekipaj üzvü olub.





MANŞET XƏBƏRLƏRİ