Qəzaya uğrayan təyyarədə sağ qalanlar var - AZAL-dan RƏSMİ MƏLUMAT (VİDEO)


Xəbər verdiyimiz kimi, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

Turkustan.az-ın məlumatına görə, AZAL-dan bildirilib ki, təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

"Sərnişinlər arasında uşaqlar olmayıb, zərərçəkənlər barədə məlumat tezliklə təqdim ediləcək. Məlumata görə, sağ qalanlar var, onlara ilkin tibbi yardım göstərilir. Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir", - açıqlamada qeyd olunub.

***

Qazaxıstan Səhiyyə Nazirliyi bildirib ki, qəzada 12 nəfər sağ qalıb.

REN TV-nin mənbəsi 60 sərnişinin Rusiya vətəndaşı olduğunu iddia edir.

"Tengrinews" nəşri qeyd edir ki, Qazaxıstanın Manqistau vilayətinin Səhiyyə Departamenti müxtəlif dərəcəli bədən xəsarətləri alan 12 nəfərin qəza yerindən təxliyə edildiyini və xəstəxanaya aparıldığını bildirib./modern.az


MANŞET XƏBƏRLƏRİ