Bu gün səhər saatlarında Bakı metropolitenində qatarların hərəkət qrafikində yenidən gecikmə qeydə alınıb.
Turkustan.az Oxu.az-a istinadən xəbər verir ki, metronun "Azadlıq prospekti" stansiyasında qatarlar arasındakı interval 7 dəqiqəni keçib. Bu səbəbdən stansiyalarda sıxlıq yaranıb.
Məsələ ilə bağlı açıqlama verən Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, intervalın bu həddə çatmasının səbəbi stansiyalarda yaranan sıxlıqla bağlıdır:
"Qatarlarda hər hansı nasazlıq və texniki xarakterli problem yoxdur".