Keçirilən əməliyyatla bağlı rəsmi açıqlama olacaq - Nazirlik


Xəbər verdiyimiz kimi, hüquq-mühafizə orqanlarının dünən Səhiyyə Nazirliyində keçirdiyi əməliyyatzamanı 6 nəfər vəzifəli şəxs saxlanılıb.

Onlardan birinin adı son günlərdə saxta setifikat məsələsi ilə bağlı gündəmə gələn nazirliyin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmovadır.

Bakupost.az -ın əməkdaşı məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyin mətbuat xidmətindən xəbəri Bakupost.az -a nə təsdiq, nə də təkzib etdilər: "Bu gün bununla bağlı mətbuat üçün rəsmi açıqlama olacaq. Açıqlamanı gözləyin".


MANŞET XƏBƏRLƏRİ