Yeni ilə sayılı günlər qalır. Bakının müxtəlif yerlərindəı quraşdırılan yolkalar, yaradılan yarmarkalar və s. bunu daha canlı hiss etdirsə də şəhərin müxtəlif ərazilərində bayramın əsas atributları hesab edilən Şaxta baba və Qar qızı görmək mümkün deyil.
Ötən bayramlarda Bakının hər addımlığında gördüyümüz bu obrazlar indi yoxa çıxması maraq doğurur.
Turkustan.az Modern.az-a istinadən bildirir ki, Bakı Şəhər Ticarət və Xidmət Departamentindən əldə etdiyi məlumata görə, ötən il və bu il də Şaxta baba və Qar qız olmaq üçün onlara müraciət olunmayıb:
“Rüsum ötən illərdə olduğu kimi 60 manatdır və heç bir dəyişiklik olunmayıb. Ötən il Bakıda cəmi iki yerdə Şaxta baba və Qar qız olub. Bu da aidiyyatı qurumların təşəbbüsü ilə həyata keçib. Bunlardan biri Fəvvarələr meydanında “Soyuq əllər isti ürəklər” yarmarkasında, digəri isə Dənizkanarı Bulvar İdarəsinin təşəbbüsü ilə bulvar ərazisidir.
Qar qız və Şaxta baba olmaq üçün müraciət edən şəxslər olmasa da Bakı Şəhər İcra Hakimiyyətinin tərəfindən rayon icra hakimiyyətlərinin tabeliyində olan ərazilərdə yolkaların qurulması və bayram ab-havasının yaradılması ilə bağlı müvafiq tapşırıqlar verilib”.
Sirr deyil ki, Şaxta babasız və Qar qızın əsas gəlirləri insanlarla şəkil çəkdirməkdən keçir. İndi isə hər kəs onları mobil telefonları ilə xatirə şəkillər çəkməyə üstünlük verir. Hətta iddia var ki, Şaxta babasız və Qar qız ödədikləri rüsümu belə qazana bilmirlər.