“Azərbaycan qazandığı təcrübəni D-8 formatında da bölüşəcək”


Məlum olduğu kimi dekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı Azərbaycan Respublikası yekdilliklə D-8 təşkilatının üzvü seçilib.

Bununla bağlı Turkustan.az-a açıqlamasında “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal bilirib ki, ölkəmizə göstərilən bu etimad ilk növbədə Azərbaycanın son illərdə regional və beynəlxalq əməkdaşlıq platformalarına verdiyi effektiv töhfələrlə bağlıdır: “Təbii ki, burada ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsini görürük . 8 müsəlman ölkəsini birləşdirən D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı Türkiyənin təşəbbüsü ilə 1996-cı ildə yaradılsa da, o vaxt sıraları artırılmayıb. Azərbaycanın üzvlüyə qəbulu, D-8-ə üzvlüyümüz təşkilat yarandığı gündən ilk genişlənmə hesab oluna bilər. Bundan əvvəl də Azərbaycanın bu qurumla əlaqələri olub, Prezident İlham Əliyev xüsusi qonaq qismində 2017-ci ildə təşkilatın İstanbulda keçirilmiş IX Zirvə görüşündə iştirak edib”.

No description available.
İslam coğrafiyasının böyük qismini, təqribən 60 faizini əhatə edən D-8-ə ölkəmizin üzvlüyü Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və ölkəmizə olan etimadın daha bir örnəyidir”.

İB sədrinin sözlərinə görə Azərbaycan bir sıra regional və beynəlxalq əməkdaşlıq platformalarında səmərəli fəaliyyəti ilə seçilir: “Azərbaycan beynəlxalq təşkilatlara rəhbərlik etdiyi dövrdə həmin təşkilatların iş əmsalının yüksəldilməsi, beynəlxalq nüfuzunun artırılması yönündə, dünyada etiraf edilən səviyyədə ciddi iş aparır. İnanıram ki, ölkəmiz bu sahədə qazandığı müsbət təcrübəni D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı ilə də bölüşəcək”.

Mübariz/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ

PrevNext
Yanvar 2025
B.E.Ç.A.Ç.C.A.C.Ş.B.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031