Bu şəxslər ƏDV-ni tam geri alacaqlar


“Vergi Məcəlləsi”nə edilən dəyişikliyə əsasən, Azərbaycanda tibbi xidmətlərdən istifadə edən turistlər ödədikləri əlavə dəyər vergisini (ƏDV) tam olaraq geri ala biləcəklər”.

Turkustan.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib.

Deputat qeyd edib ki, əcnəbi və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibb xidmətlərinə görə yalnız nağdsız qaydada aparılan ödənişlər üzrə “Tax-free rejimi”ndə ƏDV-nin geri qaytarılması nəzərdə tutulur:

“Dəyişiklikdə əsas məqsəd tibbi turizmə vergi təşviqlərinin verilməsidir. Bu o deməkdir ki, Azərbaycanda olan turist tibb xidmətindən istifadə edirsə, o zaman ölkəni tərk edən zaman ödədiyi ƏDV-ni geri ala biləcək.

Bu dəyişiklik, eyni zamanda tibb müəssislərinin gəlirlərini də artıra bilər. Çünki, yeni dəyişiklikdən sonra turistlərin tibbi xidmətlərə tələbinin artacağı istisna deyil. Bu isə səhiyyə sektoru üçün daha çox gəlir deməkdir. Eyni zamanda səhiyyə sektorunda keyfiyyətin daha da yüksəldilməsi üçün stimul yarada bilər”.

Parlamentarinin sözlərinə görə, sözügedən dəyişikliyin növbəti aydan qüvvəyə minəcəyi gözlənilir. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ