Suriya olaylarının arxasındakı üç kritik şəxs – Türkiyəli politoloq ad çəkdi


“Suriyada baş verən hadisələr hər hansı bir planın nəticəsi deyil, ortaq düşüncənin məhsuludur”.

Bu sözləri Globalinfo.az-a türkiyəli siyasi şərhçi Camal Zehir Suriyada baş verən hadisələr və Türkiyənin prosesə baxışını şərh edərkən deyib.

O bildirib ki, qəddar, zalım Əsəd rejimi Suriya xalqına qarşı soyqırımı törədib:

“Bu soyqırımı təkcə ərəblərə yox, kürd və türkmənlərə qarşı da həyata keçirilib.

Bu gün “Türkiyənin Suriyada nə işi var”, ya da “niyə bu ölkə ilə yaxından maraqlanır” deyənlər var. Türklər 1076-cı ildən 1918-ci ilə qədər Suriyada hakim güc olublar. Bu görə də Ankara suriyalıları öz xalqı kimi görür.

WhatsApp Image 2024 12 18 at 14.30.13

Camal Zehir

Türkiyə heç bir halda haqsızlığa göz yuma bilməz. Sərhədlərini açıb 6 milyona yaxın suriyalını həm ölkədə qonaq edib, həm də 5 milyona yaxın suriyalının sərhəd ərazilərdə təhlükəsizliyini təmin edib. Tarixi bağlar, eləcə də 6 milyona yaxın suriyalının Türkiyədə olmasına görə bu gün Ankara bu ölkə ilə yaxından maraqlanır”.

Politoloq qeyd edib ki, bu gün Türkiyə sevdalıları Suriyada hakimiyyətə gəlib:

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, MHP sədri Dövlət Baxçalı, Böyük Birlik Partiyasının başqanı Mustafa Desticinin dəstəyi ilə bu gün Suriyada ədalətin təmin olunduğunun şahidi oluruq”.


MANŞET XƏBƏRLƏRİ