Yeni bir araşdırmaya görə, dünyada bağırsaq xərçəngi diaqnozu qoyulan 25-49 yaş arası fərdlərin sayı sürətlə artır.
Turkustan.az xəbər verir ki, nüfuzlu tibb jurnalı “Lancet Oncology”-də dərc olunan araşdırmada 2017-ci ilə qədər olan 10 illik dövr ərzində 50 ölkədəki vəziyyət araşdırılıb.
Beləliklə, 50 ölkədən 27-də gənclərə bağırsaq xərçəngi ilə bağlı xəbərdarlıq edilib. Araşdırmanı Amerika Xərçəng Cəmiyyətinin tədqiqatçıları aparıblar və 27 ölkədə 50 yaşdan aşağı bağırsaq xərçəngi nisbətlərinin artdığı müşahidə edilib. Onlar izah ediblər ki, erkən yaşda xərçəngin artması yüksəkgəlirli Qərb ölkələri ilə məhdudlaşmır, problem artıq qlobal fenomenə çevrilib.
Müvafiq olaraq, artım ABŞ, Avstraliya, Kanada, Fransa, Almaniya, İrlandiya, Norveç və Şotlandiya da daxil olmaqla 14 yüksəkgəlirli Qərb ölkəsində müşahidə olunub.
Siyahıda Türkiyə 15-ci yerdədir. Siyahıya başçılıq edən İslandiyada bu artım 7,33 faiz təşkil edir. Bağırsaq xərçəngi 2022-ci ildə 1,9 milyon yeni hadisə və 904 min ölümlə dünyada üçüncü ən çox diaqnoz qoyulan xərçəng növüdür. Ekspertlər artımın səbəblərini hələ tam başa düşməyiblər. Ancaq zərərli qidaların istehlakı, fiziki hərəkətsizlik, sağlam qidalanmamaq və piylənmə kimi amillər də təsir edə bilər.
Mütəxəssislər bildirirlər ki, bağırsaq xərçəngi qarın ağrısına, nəcisdə qana, bağırsaq vərdişlərində dəyişikliklərə və ya bağırsaqda tıxanmaya səbəb ola bilər. Bəzi insanlar bu simptomlar nəticəsində çəki itirə bilərlər. /Cebheinfo.az/