Elçibəyin Bakıdakı evi talandı


Mərhum prezident Əbülfəz Elçibəyin Rəsulzadə qəsəbəsi, Əlixanov küçəsi, 38 ünvanında yerləşən evi qarət olunub.

Turkustan.az xəbər verir ki, bu barədə Bakupost.az-a mərhum prezidentin yaxınları məlumat veriblər.

Bildiriblər ki, evdən kombi və bir sıra əşyalar aparılıb.

Hadisə ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat keçiriblər. Əməliyyat nəticəsində oğurluq edən şəxs saxlanılıb. Həmin şəxs Saatli rayon sakinidir. /axar.az/


MANŞET XƏBƏRLƏRİ