Hazırlıq başladı: İran geri çəkilir, Bakı ilə razılaşacaq


“İran Cənubi Qafqazda itki verəcəyini hiss edərək, kompromisə hazırlaşır”.

Turkustan.az xəbər verir ki, bunu analitik Aqşin Kərimov deyib.

O bildirib ki, İsraillə kölgə döyüşləri, HƏMAS, “Hizbullah” üzərindən verdiyi itkilər, Suriyada mövqeyinin sarsılması Tehranın Cənubi Qafqazdakı “qırmızıxətli” ambisiyalarına sarsıdıcı zərbələr vurur:

“Çünki İranın regional təsirləri, ambisiyaları üçün formalaşdırdığı təhlükəsizlik zolaqları və proksi strukturlar indi ən aşağı vəziyyətdədir. Belə olan halda, Tehran öz baxışlarını dar bir cəbhəyə fokuslayır. Həmçinin daha uzunmüddətli perspektiv üçün Suriyada hakimiyyətin yenidən təşkilində iştiraka çalışacaq. Yəqin ki, Livandakı “Hizbullah”a yardım rolu oynamış təchizat marşrutları ilə bağlı təminatlar qoparmağa həvəslənəcək. Lakin bu, daha çətin görünür. Çünki İsrail Hələbi Dəməşqlə birləşdirən, Livan sərhədi boyunca uzanan şimal-cənub yolunda “Hizbullah”ın əsas təchizat yollarını pozmaq üçün nəzarəti ələ keçirir.

Beləliklə, İranın geosiyasi və regional riskləri onu “müttəfiqi” Rusiya ilə bərabər, rəqibləri ilə də konsensus axtarışına sövq edir. Rusiya Cənubi Qafqazda İranı dəstəkləyəcək mövqe nümayiş etdirmədiyindən Moskva Tehranı “Qafqaz güzəşti”nin qaçılmaz olduğuna inandırmağa məcburdur”.

aqsin kerimov yeni 29
Aqşin Kərimov

Analitik sözlərinə görə, İran hazırda davam edəm proseslər nəticəsində Bakı ilə uzlaşa bilər:

“Tehran həm daxili siyasətdəki hekayələri, həm də regional və beynəlxalq siyasətdəki korlanan izlər səbəbindən məcburi şəkildə Cənubi Qafqazda Azərbaycanın strateji maraqları ilə barışmağı seçə bilər. Bununla da Qafanda açdığı konsulluq geosiyasi risklərdə sadəcə olaraq simvolikləşir və Tehranın Azərbaycanın Zəngəzur dəhlizi ilə əlaqədar prioritetlərinə qarşı gücü zəifləyir.

Beləliklə, İranın Cənubi Qafqazda əvvəlki illərdəki aktivliyi daha az əhatəli maraqlarla əvəzlənir. Azərbaycan dəyişən geosiyasi mənzərədən istifadə edərək, strateji müttəfiqi Türkiyə ilə İranın zəifləmiş anını seçib maraqları naminə yeni reallıqlar yarada bilər”./globalinfo.az


MANŞET XƏBƏRLƏRİ