Azərbaycanda özəl pensiya fondları ilə bağlı qanun HAZIRLANIB


Azərbaycanda özəl pensiya fondlarının yaradılmasına başlanılacaq.

Turkustan.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan APA-ya bildirilib.

Qeyd edilib ki, "Qeyri-dövlət pensiya fondları haqqında” Qanun layihəsi hazırlanıb və razılaşdırılması üçün aidiyəti qurumlara təqdim olunub.

Müvafiq qurumlarla müzakirələrin nəticəsində özəl pensiya fondlarının fəaliyyətinin hüquqi, iqtisadi və maliyyə əsaslarının formalaşdırılması, həmin fondların fəaliyyətinə nəzarət mexanizmlərinin müəyyənləşdirilməsi məqsədilə layihənin təkmilləşdirilməsi üçün aidiyyəti qurumların nümayəndələri ilə birlikdə iş aparılır.


MANŞET XƏBƏRLƏRİ