Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, 2030-cu ilədək paytaxtda bütün ictimai nəqliyyat vasitələri elektrik mühərrikli avtobuslarla əvəzlənəcək. Nəzərə alsaq ki, hazırda avtobusların gedişhaqqı tarifləri istifadə olunan yanacağın qiymətinə əsasən tənzimlənir.
Bəs elektrik mühərrikli avtobuslarda qiymətlər nəyə əsasən tənzimlənəcək?
Turkustan.az xəbər verir ki, məsələ ilə bağlı Publika.az-a açıqlama verən nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirib ki, ictimai nəqliyyatda gediş haqqı Tarif Şurasının qərarı ilə tənzimlənir:
“Nəzərdə tutulan avtobusların alışı isə çox baha məbləğə başa gəlir. Onların istismar xərcləri də heç də az deyil. Bu avtobusların texniki qulluğu, idarəsi benzinlə idarə olunanlardan daha çox vəsait tələb edir”.
Ekspert qeyd edib ki, nəzərdə tutulan yenilik gediş haqqı tariflərinə təsir etməyəcək.