Əmək bazarı: Süni intellekt peşəmizi əlimizdən alacaq?


Azərbaycan süni intellektə sərmayə qoymağı strateji məqsəd kimi müəyyənləşdirib.

Bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev VIII İstanbul İqtisadiyyat Zirvəsində deyib.

O bildirib ki, hazırda Azərbaycan süni intellekt sektorunda 600 şirkəti dəstəkləyir:

“2040-cı ilə qədər süni intellekt sektorunda 40 milyard ABŞ dollarlıq əlavə dəyər yaratmağı hədəfləyirik. Bu da, illik 2,5 milyard ABŞ dolları deməkdir”.

E. Əliyev qeyd edib ki, süni intellekt məhsuldarlığı artıracaq və işqüvvəsinin davamlılığını qoruyacaq:

“Süni intellekt sahəsində əməkdaşlığımızı artırmalıyıq".

Bəs əmək bazarında hansı sahələrdə süni intellektə yer veriləcək?

Mövzu ilə bağlı iqtisadçı-ekspert Fuad İbrahimov “Cebheinfo.az”-a bildirib ki, müəyyən dövrdən sonra insanlar peşə seçimində müasir intelektual vəziyyəti qiymətləndirməli və ona uyğunlaşmalı, ya da süni intellektin əhatəsindən kənarda qalan peşələr seçməlidir.

Onun sözlərinə görə, hazırda yeni nəsil mütəxəssislər süni intellektin inkişafı və tətbiqi üzərində işləyirlər:

“Artıq elə bir dövr gəlir ki, avtomatlaşdırılmış idarəetmə sistemi və yeni texnololgiyalar insan faktorunu mərhələli şəkildə əvəz edir. Süni intellect, hətta beyini belə əvəz etməyə hazırdır.

Məsələn, bu gün 10 nəfər oturub hansısa bir sıra məsələlər barəsində fikir mübadiləsi aparırsa , süni intelket demək olar ki, o fikri formalaşdırır və təklif verir. Yəni bu sürətlə getsək, əlbəttə ki, insan əməyi mərhələli şəkildə aradan çıxacaq.

Bu gün insan elə bir texnologiya ixtira edir ki, zamanla öz əməyi cansız bir varlıq tərəfindən idarə olunacaq.Yəni bizi belə bir ziddiyyətli gələcək gözləyir. Bu isə öz növbəsində insan faktorundan asılılığı zəiflədəcək.

Beləliklə, “işsizlər ordusu”nun yaranmasına zəmin yaranacaq. İnsanların hamısı gedib eyni xidmətlə və işlə məşğul ola bilməz, müasir dövrə uyğunlaşmalıyıq. Biz müasir dövrün tələblərinə uyğun fəaliyyətimizi davam etdirməliyik. Ona görə insanlar peşə seçimində diqqətli olmalıdırlar”.

Onun sözlərinə görə, bugünkü Bakıda sürücüsüz avtomobillərin istifadəyə verilməs qeyri-mümkündür:

“Bəlkə 10 ildən sonra bu baş versin. Beləliklə, sürücü peşəsi itmiş ola bilər. Belə getsə, kuryer fəaliyyətini belə, hansısa robat əvəz edəcək.

Hesab edirəm ki, əl əməyinə əsaslanan peşələrə süni intellekt təsir etsin.

Məsələn, təmir ilə bağlı işlərdə ustanın gördüyü işi süni intellekt görə bilməz. Eyni zamanda, zərgərlik və diş həkimi kimi peşələri də əvəz edə bilməyəcək. Amma o peşələrdə də müasir texnologiya və avadanlıqlardan istifadə olunacaq.

Gələcəkdə isə müəllimi süni intellekt asanlıqla əvəz edə biləcək. Həmçinin, jurnalist sahəsi də bura aiddir. Süni intellekt hazırda gözəl məqalələr yaza bilir”.


MANŞET XƏBƏRLƏRİ