Azərbaycan-Ermənistan delimitasiya komissiyaları nə vaxt görüşəcək?..


Azərbaycanla sərhədin delimitasiyası üzrə Ermənistan Komissiyasının sədri, baş nazirin müavini Mher Qriqoryan bəyan edib ki, hazırda növbəti görüşün tarixi, yeri və formatı ilə bağlı razılıq yoxdur.

Baş nazirin müavini eyni zamanda əmin edib ki, bu, prosesin dalana dirənməsi demək deyil.

Turkustan.az xəbər verir ki, Mher Qriqoryanın mətbuata bildirdiyinə görə, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası ilə bağlı növbəti görüş hazırlanır.

Eyni zamanda o, Tavuşdan sonra sərhədlərin delimitasiyasının növbəti mərhələsinin hansı ərazidə aparılacağı sualına cavab verməkdən yayınıb.

Qriqoryan son iclasda müxtəlif versiyaların müzakirə olunduğunu etiraf edib.

“Mən daha çox şey deyə bilmərəm ki, ictimai sferada özümüzü rəsmi dərc olunmuş məlumatlarla məhdudlaşdırmaq barədə razılıq var”.

Mher Qriqoryan jurnalistin bu il yeni görüşlərin planlaşdırılıb-palanlaşdırılmadığına da tam aydınlıq gətirməyib

“Görüşün tarixini deyə bilmərəm, hələ ki razılıq yoxdur”./modern.az


MANŞET XƏBƏRLƏRİ