Ramin Deko saxlanıldı


Vətəndaş Ramin Cəbrayılzadə (Deko) ölkəyə qeyri-qanuni xarici valyuta gətirməsi ilə əlaqədar daxil olan məlumat əsasında polis tərəfindən saxlanılıb.

Turkustan.az xəbər verir ki, bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətindən bildirilib.

Bundan başqa, Raminlə yanaşı, bir neçə şəxs də araşdırma çərçivəsində saxlanılıb.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, Ramin Deko jurnalist kimi fəaliyyət göstərir.


MANŞET XƏBƏRLƏRİ