İrəvan xanlarının nəvələri Bakıda - FOTO


Bakıda “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfrans keçirilib.

Konfransda 51 ölkədən 100-dən çox nümayəndə iştirak edib.

Konfrasın fəxri qonaqları arasında İrəvan xanı Hüseynəli xanın nəslinin nümayəndələri Turhan Turqut və Əmir Əli Sərdar İrəvani də olub.

Onlar konfrans çərçivəsində Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri professor Misir Mərdanov, həmçinin İcmanın digər nümayəndələri ilə görüşüblər.

İrəvan hakimi Həsən xanın nəvəsi Turhan Turqut özünün əfsanəvi İrəvan xanlarına dayanan köklərindən bəhs edib, ötən əsrin əvvəllərində məruz qaldıqları soyqırımı və sürgünlərdən danışıb.

Qeyd edək ki, Əmir Əli Sərdar İrəvani əsrarəngiz Göy məscidi inşa etdirən Hüseynəli Xan Qacarın nəslindəndir. Qohumları Türkmənçay müqaviləsindən dərhal sonra ilk sürgünə məruz qalanlar arasında olublar. Konfrans zamanı ona Qərbi Azərbaycan İcmasının fəxri üzvlük sertifikatı təqdim edilib./modern.az

14009861400988


MANŞET XƏBƏRLƏRİ