"Parlaq Gələcək Naminə" layihəsi çərçivəsində "Narkomaniyaya qarşı mübarizə tədbiri keçirilib


Dekabrın 3-də Babək rayon H.Əliyev adına Nehrəm qəsəbə 2 nömrəli tam orta məktəbində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Naxçıvan Təhsil Nazirliyinin, Hüquqi, Sosial Araşdırmalar və Maarifləndirmə Mərkəzi, WeFinix Təlim Mərkəzi və "Günəş" Uşaq Akademiyasının təşkilatçılığı ilə "Parlaq Gələcək Naminə" adlı layihə çərçivəsində növbəti tədbir keçirilib.

“Narkomaniyaya qarşı mübarizə” adlı bu tədbirdə Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları Müvəkkili (Ombudsman) əməkdaşı Sadiq Babayev, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi əməkdaşı Əli Bayramov, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Hüquq və İnsan Haqları İnstitutunun beynəlxalq TOLES və TOT sertifikatli təlimçisi, "Hüquqi, Sosial Araşdırmalar və Maarifləndirmə Mərkəzi"-nin həmtəsisçisi və idarə heyətinin sədri Esmira Tağıyeva, WeFinix Təlim Mərkəzinin təsisçisi və direktoru Şəhla Abdulla, "Günəş" Uşaq Akademiyasının təsisçisi və direktoru Ulduz Əliyeva və məktəblilər iştirak ediblər.

Tədbirdə Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları Müvəkkili (Ombudsman) əməkdaşı Sadiq Babayev bildirib ki, narkomaniya bəşəriyyətin sağlamlığına, mənəvi dünyasına böyük zərbələr vurur. Bunun qarşısını almaq üçün mütəmadi olaraq müxtəlif istiqamətli tədbirlər keçirilir. Bu tədbirlərin başlanğıcı məktəbdə maarifləndirmə işlərinin, motivasiya söhbətlərinin aparılması ilə başlayır.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi əməkdaşı Əli Bayramov narkamaniya ilə mübarizədə ilkin atılacaq addımlardan danışıb, məktəblilərə tövsiyyələr verib."

Daha sonra Esmira Tağıyevanın "Sağlam ruh, sağlam uşaq-sağlam gələcəkdir", Şəhla Abdullanın "Məktəblilərdə sağlam maliyyə vərdişlərinin formalaşdırılması" və Ulduz Əliyevanın "Sağlam və güclü uşaqlar " mövzularında çıxışları dinlənilib.

Qarşılıqlı fikir mübadiləsi istiqamətində davam edən tədbirdə məktəblilər aktiv iştirak edərək, onları maraqlandıran suallar ünvanlayıblar. Mütəxəssislər məktəblilərin suallarını cavablandırıb.

Qeyd edək ki, "Parlaq Gələcək Naminə "adlı layihə çərçivəsində mütəmadi olaraq maarifləndirici silsilə tədbirlər davam etdiriləcək.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ