Kərki və Qazağın 3 kəndi belə qaytarılır: Son şərtlər açıqlandı


Azərbaycanın Ermənistanla sülh əldə etməsi üçün bir neçə vacib şərtlər icra edilməlidir. Burada tək maneə Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları ilə bağlı deyil. Bundan başqa da tərəflərin razılaşacağı mühüm məqamlar var.

Bunu Teleqraf.com-a politoloq Fərhad Mehdiyev deyib.

O qeyd edib ki, Azərbaycan və Ermənistanın mövcud de-fakto sərhəd xətti üzərində razılaşması vacib məsələdir:

“Çünki erməni tərəfinin burada başqa iddiaları mövcuddur. Azərbaycanın isə bu məsələyə yanaşması fərqlidir”.

Politoloq hesab edir ki, Bakı Kərki və Qazaxın eksklav olan kəndləri ilə bağlı məsələləri də birdəfəlik həll etməlidir:

“Bu məsələlər üzərində Azərbaycanla Ermənistan arasında hansı razılaşmanın olacağı çox maraqlıdır. Eyni zamanda bu kimi qəliz məsələlərin həllinin sülh sazişinin imzalanmasından sonraya saxlanılacağı kimi suallar açıq qalıb”.

Fərhad Mehdiyevə görə, belə qəliz məsələlərin həllini sülh sazişindən sonraya saxlamaq Azərbaycan üçün risklidir:

“Çünki Ermənistan sülh danışıqları aparsa da digər tərəfdən silahlanır. Silahlanan bir tərəflə sonradan hansısa danışıqları aparmaq çətinləşir. Ona görə də, yekun sülh sazişi imzalanarkən bu şərtlərə aid də bir qeydlər olmalıdır”.


MANŞET XƏBƏRLƏRİ